14 Oktyabr 2021 21:26
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa "Legiya"sında növbəti qolunu vurub.

Teleqraf.com-un məlumatına görə, 24 yaşlı hücumçu Varşava təmsilçisinin gənclər komandası ilə yoxlama matçında fərqlənib.

Forvard 16-cı dəqiqədə görüşdə hesabı açıb. Onun 24-cü dəqiqədə başla vurduğu topu isə qapıçı çətinliklə dəf edib.

Qarşılaşma əsas komandanın 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Mahir Emreli "Legiya"da rəsmi oyunlarda 10 dəfə rəqib qapılarına yol tapıb.


Müəllif: Teleqraf.com