16 Oktyabr 20:42
216

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo komandanın baş məşqçisi Ole Qunnar Sulşer ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb. 36 yaşlı hücumçu "qırmızı şeytanlar"da az oyun şansı aldığına görə narazıdır. O, görüş zamanı Sulşerə hər matçda meydanda olmaq istədiyini bildirib.

Qeyd edək ki, avqustun 31-i "Mançester Yunayted"lə 2+1 illik müqavilə imzalayan Ronaldo komandada 6 matçda 5 qol vurub.


Müəllif: Teleqraf.com