16 Oktyabr 2021 21:21
725
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Parisdə keçirilən “Böyük dəbilqə” turnirinin qalibi olub.

Teleqraf.com xəbər verir ki, həlledici mərhələdə rəqibi Rusiya təmsilçisi Ramazan Abdulayevi məğlub edən cüdoçumuz nüfuzlu yarışın qızıl medalını qazanıb.

Oktyabrın 17-dək davam edəcək turnirdə 46 ölkədən 283 cüdoçu iştirak edir.


Müəllif: Teleqraf.com