21 Oktyabr 2021 00:14
626
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mançester Yunayted” baş məşqçi postunda dəyişikliyə gedə bilər.

Teleqraf.com xəbər verir ki, buna səbəb komandanın cari mövsüm o qədər də parlaq nəticələr gösərməməsidir.

Rəhbərlik hazırkı çalışdırıcı Ole-Qunnar Sulşeri dəstəkləsə də, uğursuz çıxışın davamı təqdirində onunla yollarını ayıracaq. Artıq bu posta ilk namizəd də bəllidir. “Qırmızı şeytanlar” hücumçu Kriştiano Ronaldonun məsləhəti ilə Zinəddin Zidanla təmasa keçib.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada 14 xalla 6-cı pillədə qərarlaşır.


Müəllif: Teleqraf.com