21 Oktyabr 09:23

"Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirəcək.

Teleqraf.com xəbər verir ki, Ağdam təmsilçisi Bakıda qrup mərhələsinin 3-cü turunda Qazaxıstan "Kayrat"ını qəbul edəcək. Oyun 20:45-də başlayacaq.

Dörd xalla qrup lideri olan Qurban Qurbanovun komandası meydana qələbə üçün çıxacaq.

Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

21 oktyabr

Konfrans Liqası

H qrupu, 3-cü tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan)
Baş hakim:
Yevgeni Aranovski (Ukrayna)
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

23:00. "Bazel" (İsveçrə) - "Omoniya" (Kipr)


Müəllif: Teleqraf.com