23 Oktyabr 2021 18:43
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə start verilib.

Teleqraf.com xəbər verir ki, VIII turun açılış matçında "Sabah" və "Sumqayıt" komandaları üz-üzə gəliblər. Masazırdakı "Bank Respublika Arena"da baş tutan görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda hər 2 qol fasilədən sonra vurulub. 60-cı və 83-cü dəqiqələrdə Fofana Tiemoko, 79-cu dəqiqədə isə Ceyhun Nuriyev fərqlənib. Bu, paytaxt təmsilçisinin cari mövsümdə ilk qalibiyyəti olub. 11-ci dəqiqədə qonaqların heyətində Murad Xaçayev birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 43-cü dəqiqədə isə "Sabah"ın yarımmüdafiəçisi Petar Şkuletiç zədələnərək meydanı tərk edib.

3 gün öncə Ramin Quliyevi istefaya göndərən "Sabah"ı bu oyuna baş məşqçi qismində klubun idman direktoru İqor Ponomaryov çıxarıb.

Bu nəticədən sonra xallarını 4-ə çatdıran "Sabah"ın mövqeyi dəyişməyib və komanda sonuncu pillədə qalıb. "Sumqayıt" isə 8 xalla 5-cidir.

Qeyd edək ki, günün ikinci oyununda "Neftçi" "Zirə"ni qəbul edəcək. Turun digər 2 matçı oktyabrın 24-ü və 25-də gerçəkləşəcək. Müvafiq olaraq, "Qəbələ" səfərdə "Keşlə" ilə, "Qarabağ" isə "Səbail" ilə üz-üzə gələcək.


Müəllif: Teleqraf.com