24 Oktyabr 2021 22:08
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İngiltərə Premyer Liqasında doqquzuncu turun mərkəzi qarşılaşması keçirilib.

Teleqraf.com xəbər verir ki, “Old Trafford” stadionunda baş tutan görüşdə "Mançester Yunayted" öz meydanında "Liverpul" komandasını qəbul edib.

Görüş qonaqların böyük hesablı qələbəsi ilə başa çatıb - 5:0.

Mersessayd təmsilçilərin heyətində Nəbi Keyta, Dioqu Jota və Məhəmməd Salah (3) fəqləniblər.

Bu nəticədən sonra "Liverpul" 9 oyundan sonra 21 xalla ikinci, Mançester təmsilçisi isə 14 xalla yeddinci pillədə qərarlaşıb.

Növbəti turda "Liverpul" öz meydanında "Brayton"la, "Mançester Yunayted" isə səfərdə "Tottenhem" klubu ilə qarşılaşacaq.


Müəllif: Teleqraf.com