6 May 2014 15:08
961
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada forma geyinən futbolçular arasında vergi qalmaqalı davam edir.

Teleqraf.com xəbər verir ki, dünən “Real”ın qapıcısı İker Kasilyas vergi borcu üzündən 2 milyon avro ödəyib.

İddialara görə, Kasilyas haqqında çıxa biləcək söz-söhbətlərin qarşısını almaq üçün mediadan gizli şəkildə bunu edib. Çünki o, yığılmış vergi borcları üzündən mətbuatın gündəminə düşməkdən çəkinib.

Vergi orqanlarının məlumatına görə, David Vilya və Xabi Alonso da vergidən yayınanlar siyahısındadırlar.

Qeyd edək ki, ötən il vergidən yayınmada günahkar bilinən Messi 10 milyon avro ödəmək məcburiyyətində qalmışdı.

Aygün İlqarqızı


Müəllif: