Bu gün Konfrans Liqasının qrup mərhələsində 4-cü turun oyunları keçiriləcək.
Teleqraf.com xəbər verir ki, turnirdəki təmsilçimiz "Qarabağ" da növbəti oyununa çıxacaq. Qurban Qurbanovun komandası Qazaxıstanın Almatı şəhərindəki "Ortalık" stadionunda "Kayrat"ın qonağı olacaq.
Bakıda keçirilən görüşdə əzmkar qələbə (2:1) qazanan Ağdam təmsilçisi səfərdən də yaxşı nəticə ilə qayıtmaq niyyətindədir. "Qarabağ" bu gün pley-offa vəsiqəni də təmin edə bilər. Bunun üçün təmsilçimiz qalib gəlməli, həmçinin “Bazel” səfərdə “Omoniya”ya uduzmamalıdır.
Bu nəticələr qeydə alınsa, "Qarabağ" kimi 7 xalı olan "Bazel" də pley-offa yüksələcək.