Konfrans Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.
Teleqraf.com UEFAnın rəsmi saytına istinadən xəbər verir ki, "Qarabağ"ın yarımmüdafiəçisi Abdullah Zubir də 4 namizəddən biridir.
Həmçinin, Andre Qrin (“Slovan” Bratislava Slovakiya), Keyto Nakamura (LASK, Avstriya) və Ola Solbakken (“Budyo Qlimt”, Norveç) də bu ada namizəddir.
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasında səsvermədən sonra bəlli olacaq.
Xatırladaq ki, Zubir ötən gecə "Kayrat"la səfər oyununda (2:1) "Qarabağ"ın qələbə qolunu vurub.