AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında IX turun “Qarabağ” – “Neftçi” oyununda baş verənlərlə başlı qərarlarını açıqlayıb.
Teleqraf.com-un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, “Qarabağ” azarkeşləri pirotexniki məmulatlardan istifadə etdiyi üçün klub 800 manat cərimələnib.
"Neftçi"yə isə eyni məbləğdə cərimə 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün kəsilib.
Bundan başqa flaqmanın baş məşqçisi Samir Abasov azarkeşləri təhqir etdiyi üçün 3 oyun şərti olmaqla 5 oyunluq cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Klub isə daha 4000 manat ziyana düşüb.