14 Noyabr 2021 19:26
547
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və İdman Nazirliyi, Üzgüçülük Federasiyası, Su İdmanı Sarayı və İdman Jurnalistləri Federasiyasının birgə təşkilatçılığı ilə media nümayəndələri arasında üzgüçülük turniri keçirilib.

Teleqraf.com xəbər verir ki, 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının nəticələrinə əsasən, İctimai Televiziyanın əməkdaşı Maksim Tsurkov turnirin qalibi olub. İkinci-üçüncü yerləri isə müvafiq olaraq, Pavel Antonov (Sputnik.az) və Rəşad Cavadov (“Sportsmen” jurnalı) tutublar.

Qaliblərə diplom, medallar və təşkilatçılar tərəfindən hədiyyələr, bütün iştirakçılara isə xüsusi sertifikatlar təqdim edilib.

Mükafatları Su İdmanı Sarayının direktoru, Üzgüçülük Federasiyasının vitse-prezidenti Elçin Həsənov, Gənclər və İdman Nazirliyinin mətbuat katibi, AİJF prezidenti Qabil Mehdiyev və üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürəhmanov təqdim ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər