Serbiya yığmasının baş məşqçisi Dik Advokat Avropa çempionatının seçmə mərhələsində Danimarkaya məğlubiyyəti (1:3) şərh edib.
Publika.az xəbər verir ki, hollandiyalı mütəxəssis məğlubiyyətdə özünü günahkar bilib və istefa haqda düşündüyünü qeyd edib:
“Mən komandanı qəbul edəndən sonra bu, bizim ilk dəhşətli oyunumuz idi. Əgər bunda kimsə günahkardırsa, o da mənəm. Mən istefam və gələcək statusum haqda düşünürəm. İşə başlayarkən fikirləşirdim ki, bizim komandamız var və o komanda nəyəsə iddia edə bilər. Amma bir neçə ay keçəndən sonra biz böyük təzyiq altında qaldıq.
Gələcəyimlə bağlı federasiya rəhbərliyi ilə söhbət edəcəyəm. Hər şey Albaniya ilə oyundan başladı. Həmin oyundakı təzyiq oyunçulara təsir edir. Bu, seçmə mərhələ üçün fəlakətli başlanğıcdır”.