21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Milan Obradoviçin yetirmələri Norveçli həmyaşıdlarını qəbul edib.
"Bakcell Arena"da baş tutan qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Azərbaycan millisinin heyətində yeganə qolu 80-ci dəqiqədə İsmayıl Zülfüqarlı vurub. Rəqibdən isə 4-cü dəqiqədə Yohan Hove və 53-cü dəqiqədə Osame Sahraui fərqləniblər.
Qeyd edək ki, hazırda Azərbaycan yığması A qrupunda 6 oyundan 1 xalla 5-ci pillədə qərarlaşıb. Norveç isə 15 xalla Xorvatiya ilə birlikdə 1-2-ci yerləri bölüşdürürlər.