Bu gün 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının ilkin seçmə mərhələsində sonuncu oyununu keçirib. Teleqraf.com-un məlumatına görə, komandamız bu dəfə Sloveniya yığması ilə qarşılaşıb.
Oyunda hesabı yığmamız açıb - Ağarəhimov 23-cü dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib. 12 dəqiqə sonra Süleymanov da fərqlənib. İlk hissənin sonuna 2 dəqiqə qalmış Mədətov hesabı artırıb - 3:0.
İkinci hissədə rəqib futbolçular fəallaşıblar. 48-ci dəqiqədə Ozbolt fərqi ikiyə endirib. 77-ci dəqiqədə isə penalti zərbəsini dəqiq yerinə yetirib - 3:2. Sloveniyalıların bundan artığına gücü çatmayıb.
Digər oyunda Macarıstan qrup lideri Slovakiyaya məğlub olduğu üçün (0:3) yığmamız qrup ikincisi kimi elit raunda vəsiqə qazanıb.
Qeyd edək ki, IV qrupda ilk oyunda Macarıstanla 1:1 hesablı heç-heçə edən yığmamız ikinci qarşılaşmada Slovakiyaya uduzmuşdu – 1:4.