Futbol üzrə Türkiyə Super Liqasında İstanbul derbisi gerçəkləşib.
Teleqraf.com-un məlumatına görə, "Qalatasaray" və "Fənərbağça" komandaları arasında baş tutan prinsipial qarşılaşma ölkə çempionatının XIII turuna təsadüf edib.
"NEF Stadionu"nda keçirilən görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Oyunu Halil Umut Meler idarə edib. Matç qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Bu, iki kollektivin indiyədək Superliqada 129-cu qarşılaşması olub. Bunların 35-də meydan sahibləri, 51-də isə qonaqlar qələbə qazanıblar. 43 qarşılaşma heç-heçə başa çatıb.
"Qalatasaray" matça 2 itki ilə çıxıb - Arda Turan və Saşa Buy vacib görüşü buraxıb. "Fənərbağça"da isə Altay Bayındır, Enner Valensia və Luis Qustavo zədə səbəbindən matçı kənardan izləyib.