2022-ci il dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.
Teleqraf.com xəbər verir ki, İsveçrənin Sürix şəhərində gerçəkləşən tədbirdə pley-off cütlükləri müəyyənləşib.
A yolu
1. Şotlandiya – Ukrayna
2. Uels – Avstriya
Finalda hər iki oyunun qalibləri qarşılaşacaq.
B yolu
1. Rusiya – Polşa
2. İsveç – Çexiya
Finalda hər iki oyunun qalibləri qarşılaşacaq.
C yolu
1. İtaliya - Şimali Makedoniya
2. Portuqaliya - Türkiyə
Finalda hər iki oyunun qalibləri qarşılaşacaq.
Qeyd edək ki, pley-off mərhələsində yarımfinal və final görüşlərindən sonra dünya çempionatına yollanacaq daha 3 yığma bəlli olacaq. Yarımfinal oyunları 2022-ci il martın 24-25-də, final matçları isə martın 28-29-da baş tutacaq.