27 Noyabr 2021 13:02
551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 26-da Azərbaycan Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Su İdmanı Sarayının birgə təşkilatçılığı ilə üzgüçülük idman növü üzrə açıq Azərbaycan çempionatı start götürüb.

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyinin də qatıldığı rəsmi açılış mətasimindən sonra müxtəlif yaş kateqoriyalarında 150 FİNA xalı toplamış 130-a yaxın qızlar və oğlanlar öz güclərini sınayıblar. Yarışlara Azərbaycan idmançıları ilə Türkiyə Respublikasından da üzgüçülər qatılıb. Açıq ölkə çempionatında Bakının müxtəlif klubları ilə yanaşı Naxçıvan Müxtar Respublikasından və Sumqayıt şəhərindən üzgüçülər öz güclərini sınayırlar.

Yarışların ilk günündə oğlanlardan Abdurəhman Rüstəmov, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, qızlardan isə Məryəm Şeyxəlizadəxangah, Selcan Əbdurəhmanlı, Ayan Kələntərova, Aysel Səfərova, Fatimə Alkərəmova kürsünün ən yüksək pillələrinə yüksəliblər.

Bakı Su İdmanı Sarayında təşkil olunan çempionat 3 gün davam edəcək və qaliblər medallar, diplomlarlar və pul mükafatları ilə təltif olunacaqlar.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər