27 Noyabr 2021 22:50
11 215

Kambocanın Karite regionunda 74 yaşlı Hkim Hanq inəyin onu öpdüyünü və daim izlədiyini deyib.

Teleqraf.com xəbər verir ki, Khim Hanq inəyin xanımı ilə eyni xarakterə sahib olduğunu bildirib.

74 yaşlı kişi bu səbəbdən də inəyi ilə evlənmək qərarı verdiyini, kənd əhalisi isə Hanqın inəklə evlənmə mərasimi təşkil etdiyini deyib.

“The Sun” qəzeti qeyd edib ki, Hanq hətta inəyə vəfat edən xanımının istifadə etdiyi yastıqdan bir yataq da düzəltdiyini yazıb.

“Röyters” agentliyinə danışan Hanq söyləyib ki, inəyin onun vəfat edən xanımı olduğuna inanır, çünki xanımı nə edirdisə, inək də onları edir.


Müəllif: Cavad