“Mən deyə bilmirəm ki, “Dinamo” ilə matçda zəif oynadıq. “Qarabağ” və “Şaxtyor”a qarşı görüşlərdə komandamız müdafiədə səhvsiz çıxış etdi. Buna görə də hər iki oyunda pozitiv nəticə əldə etdik”.
Apasport.az saytının məlumatına görə, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Dnepr”in baş məşqçisi Miron Markeviç deyib.
Ukrayna təmsilçisinin çalışdırıcı yerli mətbuata qitə miqyaslı 2-ci dərəcəli klub turnirindəki çıxışları haqda danışıb: “Biz “İnter”lə oyundan əvvəl ölkə çempionatında daha bir oyun keçirəcəyik. Öncə bu görüşə hazırlaşmalıyıq. Ölkə çempionatında ikinci pillədə yer alırıq. Turu xalsız başa vurmalıyıq. Avropa Liqasının qrup mərhələsində “Sent-Etyen”lə matç həlledici olacaq.
Düşünürəm ki, fransızlar evdə “Qarabağ”ı büdrədəcək. “Sent-Etyen”lə isə aramızda məsələyə aydınlıq gətirəcəyik. Amma yenə də qarşıda “İnter” var. “San-Siro”da yaxşı oyun göstərməliyik. Futbolçuların fikrini buna yönəltmək lazım dedyil. Mançini Milan klubuna qayıtdı. Çətin matç olacaq”.