AVRO-2016-nın seçmə mərhələsində IV turun oyunları başa çatıb. .Millimizin evdə Norveçə uduzduğu (0:1) və rəqiblərinin meydana çıxdığı gün daha 2 qrupda oyunlar keçirilib.
Azarkeşlər üçün bunlardan ən maraqlısı İstanbulda reallaşıb. Qardaş Türkiyə yığması "Türk Telekom Arena"da Qazaxıstan millisini qəbul edib. A qrupunda şansları çox az olan “ay-ulduzlular” ilk qələbəsini qazanıb – 3:1.
Qrupun digər görüşündə isə vahid iderin adına aydınlıq gəlib. Gözlənilmədən 3 oyunda ardıcıl qələbəyə sevinən və 9 xala malik olan İslandiya Çexiyanın qonağı olub. Meydan sahibləri rəqibini 2:1 hesabı ilə məğlub edərək, xalını 12-yə çıxarıb və qrupda zirvəni ələ keçirib.
Hollandiya Latviya ilə üz-üzə gəlib. “Zambaqlar ölkəsi” qonaqlara divan tutub – 6:0.
B qrupunda isə Kipr Andorranın, Belçika Uelsin və İsrail Bosniya və Herseqovinanın gücünü yoxlayıb. Bu görüşlərin nəticəsindən sonra da zirvədə dəyişikliklər baş verib.
Belə ki, İsrail Bosniya və Herseqovinanı 3:0 hesabı ilə məğlub edib. Belçika isə Uelsin müqavimətini qıra bilməyib – 0:0.
Beləliklə, yəhudilər 9 xalla ilk pillə yüksəlib.
A qrupu
Hollandiya – Latviya - 6:0
Qollar: van Persi, 6, Robben, 35; 82, Huntelaar, 42; 89, Bruma, 77
Türkiyə - Qazaxıstan - 3:1
Qollar: Burak, 26-pen; 29, Sərdar, 83 - Şmakov, 87
Çexiya – İslandiya - 2:1
Qollar: Kaderabek, 45+1, Halldorsson, 61-avtoqol - Siqurdsson, 9
B qrupu
Kipr - Andorra - 5:0
Qollar: Merkis, 10, Efrem, 31; 42; 60, Kristofi, 87-pen
Belçika - Uels - 0:0
İsrail – Bosniya və Herseqovina - 3:0
Qollar: Vermout, 36, Damari, 45, Zehavi, 70
Apasport