2 Dekabr 2021 13:23
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, yığıncaqdan öncə noyabrın 30-da helikopter qəzasında həlak olan hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub.

Müzakirələrdən sonra bir sıra qərarlar qəbul olunub. Komitə üzvləri milli komandaların baş məşqçiləri və sair məsələlərə aydınlıq gətirib.

1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilə 2022-ci il oktyabr ayına qədər uzadılsın. Baş məşqçi növbəti bir ay ərzində 10 aylıq hazırlıq planını AFFA-ya təqdim etsin.

2. Aşağı yaş qruplarından ibarət milli komandalara aşağıda göstərilmiş baş məşqçilər təyin olunsun:

U-15/U-16 - Füzuli Məmmədov
U-17 - Elxan Abdullayev
U-18 - Aqil Nəbiyev

3. AFFA tərəfindən Gəncədə Futbol Akademiyasının AFFA tərəfindən keçirlimiş tenderə uyğun olaraq inşası təsdiq olunsun.

4. Regionlarda klublara maliyyə dəstəyinin təmin olunması məqsədilə bölgələrdəki futbol klublarına dəstək fondu təsis olunsun. Müvafiq hüquqi prosedurların həyata keçirilməsi AFFA-nın baş katibliyinə tapşırılsın.

5. “Dalğa Arena”nın yaxınlığında yerləşən, müvafiq infrastruktura daxil olmayan AFFA-ya məxsus torpaq sahəsi satışa çıxarılsın.

6. Apellyasiya və Arbitraj Tribunalının üzvü Zaur Qəhrəmanov öz xahişi ilə üzvlükdən azad olunsun. Gülağa Cabarov Apellyasiya və Arbitraj Tribunalının üzvü təyin olunsun.

7. Əsgər Abdullayev Məşqçilər Komitəsinə üzv təyin olunsun

8. AFFA-nın Futbol akademiyasının təmir olunması üçün FIFA Forward Layihəsindən 150 000.00 ABŞ dolları məbləğində maliyyələşməsi təsdiq olunsun.

9. VAR layihəsi üçün 500 000.00 ABŞ dolları məbləğində FIFA Forward Layihəsindən maliyyə vəsaitinin ayrılması təsdiq olunsun.

İclasın sonunda “Qarabağ” klubuna UEFA Avropa Konfrans Liqasında play-off mərhələsinə vəsiqə qazanması münasibətilə AFFA-nın İcraiyyə Komitəsinin adından təbrik ünvanlanıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər