İspaniyanın Barselona şəhərində keçirilən beynəlxalq şahmat turnirində Azərbaycan təmsilçiləri mübarizəni davam etdirirlər.
Teleqraf.com xəbər verir ki, dördüncü turda şahmatçılarımızdan yalnız Eltac Səfərli qələbə qazanıb. Xalların sayını 3-ə çatdıran təmsilçimiz bu nəticə ilə 8-33-cü yerləri bölüşür.
Digər təmsilçimiz Aydın Süleymanlı dördüncü turu heç-heçə ilə başa vurub, Məhəmməd Muradlı isə rəqibinə uduzub. Hər iki şahmatçımızın aktivində 2,5 xal var.
İsveçrə sistemi üzrə keçirilən və doqquz turdan ibarət olan turnir dekabrın 12-dək davam edəcək.