5 Dekabr 2021 09:29
385
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Səbail" komandası cari mövsüm Azərbaycan Premyer Liqasında ilk heç-heçəsini edib.

Teleqrafcom xəbər verir ki, "dənizçilər" buna XIII turda "Keşlə" ilə oyunda nail olub - 2:2.

Beləliklə, çempionatda heç-heçə etməyən komanda qalmayıb. "Səbail" daha əvvəlki 12 qarşılaşmanın 3-də qələbə qazanıb, 9-da isə məğlub olub. Paytaxt təmsilçisi turnir cədvəlində 10 xalla sonuncu - 8-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, XIII tura bu gün keçiriləcək "Neftçi" - "Sumqayıt" və "Zirə" - "Qəbələ" matçları ilə yekun vurulacaq.


Müəllif: Teleqraf.com