9 Dekabr 2021 08:56
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.

Teleqraf.com xəbər verir ki, avrokuboklarda Azərbaycanın yeganə təmsilçisi olan “Qarabağ” da qrupda son matçına çıxacaq.

Qrupda 11 xalı olan Qurban Qurbanovun komandası İsveçrədə eyni xala malik “Bazel”in qonağı olacaq. H qrupunda ikinciliyi təmin edən Ağdam təmsilçisinin 1/8 finala keçməsi qələbə qazanması şərtdir.

“Qarabağ” qalib gələ bilməsə, mübarizəni pley-offda davam etdirəcək.

Qeyd edək ki, Bazeldəki “Sent Yakobs Park”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Konfrans Liqası

Qrup mərhələsi, VI tur

H qrupu, 9 dekabr

00:00. “Bazel” (İsveçrə) – “Qarabağ” (Azərbaycan)
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Bazel. “Sent Yakobs Park


Müəllif: Teleqraf.com