İngiltərə Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilməli olan "Brayton" - "Tottenhem" matçı koronavirusa görə təxirə salınıb.
Teleqraf.com-un məlumatına görə, bu barədə London klubunun mətbuat xidmətindən bildiriblər.
Məlumata əsasən, dekabrın 12-si keçirilməli olan matçın yeni vaxt hələ müəyyən edilməyib.
Xatırladaq ki, ötən gün "Tottenhem"in heyətində 8 futbolçuda və 5 klub əməkdaşında koronavirusa yoluxma halı qeydə alınıb.