UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Teleqraf.com-un məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilmiş mərasimdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olub.
Qurban Qurbanovun baş məşqçi olduğu komanda bu raundda Fransanın "Marsel" klubu ilə qarşılaşacaq. Ağdam klubu ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab qarşılaşmasını isə bir həftə sonra Bakıda keçirəcək.
Qeyd edək ki, pley-off matçlarından sonra 8 cütün qalibi Konfrans Liqasında qruplarını ilk sırada başa vurmuş 8 kollektivə qoşulacaq.