Azərbaycanlı MMA döyüşçüsü Nicat Yusifov Ukraynanın Xarkov şəhərində World Cossack Fight Federation (WCFF) təşkilatının təşkil etdiyi dünya çempionatının qalibi olub.
Teleqraf.com-un məlumatına görə, 70 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ukraynanı təmsil edən erməni Artur Qriqoryanla üz-üzə gəlib.
Rəqibinə qalib gələn Yusifov yarışın qalibi adını sahib çıxıb. Turnirdə 25 ölkədən 1000-dən çox idmançı iştirak edib.
Qeyd edə ki, Nicat Yusifov iyunun 7-də Ukraynanın Odessa şəhərində kazak döyüşü üzrə yarışda da eyni rəqibi məğlubiyyətə uğradıb.