18 Dekabr 2021 15:25
557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan futbolundankı problemlərə münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, nazir bu haqda İTV” kanalına müsahibəsində danışıb:

“Uşaqlıqdan futbol azarkeşiyəm. O zaman yüksək liqada “Neftçi”, ikinci liqada “Kəpəz” var idi. Azərbaycan çempionatı başlayarkən futbolun səviyyəsi o qədər də yüksək olmadığı üçün biz də təbii ki, Avropa futboluna baxırdıq. Uşaqlıqdan “Barselona”ya azarkeşlik etmişəm".

Nazir Azərbaycan çempionatı haqda isə bunları deyib: ” Azərbaycan çempionatı bizim problemimizdir desəm, yanılmaram. Bu, bir faktdır. Hal-hazırda bunu yaşayırıq və hamımız da başa düşürük ki, bu vəziyyəti dəyişmək lazımdır. Komandaların sayı artırılmalıdır. Problem odur ki, komandaların bir çoxu Bakıda cəmləşib. Bir çox komanda digər şəhərlərdə də olmalıdır, rəqabət artmalıdır. Onların hamısını biz başa düşürük.

Çalışacağıq ki, pillə-pillə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına bu işdə dəstək olaq. Bizim federasiyaların sayı çoxdur. Azərbaycanda ən populyar federasiya futboldur. Tək Azərbaycanda deyil, bütün dünyada qələbəmizə sevinirik, uduzanda məyus oluruq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər