18 Noyabr 2014 18:19
697
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bildiyiniz kimi Avro-2016-nın seçmə mərhələsi matçında Qazaxıstanı qəbul edən Türkiyə millisinin qapıçısı Volkan Dəmirəl oyundan öncə azarkeş tərəfindən təhqir olunduğu üçün stadionu tərk edib.

Publika.az-ın xəbərinə görə, türk idman yazarı Mehmet Demirkol milli komandanın qapıçısı Volkan Dəmirəllə bağlı maraqlı açıqlama verib. Məlumata görə, TFF rəhbərliyi Volkanın üzünə millinin qapılarını bağlayıb. Bu barədə "Spor servisi” proqramında xəbər oxunan zaman futbol yazarı Mehmet Demirkol Volkanın bir daha millidə oynamayacağını bildirib. O, təcrübəli qapıçının bağışlanmasını istəyəcəyini qeyd edib.

Yekun qərar isə Fatih Terimlə keçiriləcək iclasdan sonra veriləcək.


Müəllif:

Oxşar xəbərlər