18 Noyabr 2014 22:40
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koreyanın Jeju şəhərində qadınlar arasında boks üzrə dünya çempionatı davam edir.

Teleqraf.com Azərbaycan Boks Federasiyasına istinadən məlumat verir ki, bu gün rinqə çıxan 3 boksçumuzdan ikisi qələbə qazanıb. 54 kq çəki dərəcəsində mübarizə aparan Anna Əlimərdanova Meksika təmsilçisi Sosa Paredes Denia Karinanı məğlub edib. Milli komandamızın üzvü 1/8 finalda irlandiyalı Mikaela Volşla üz-üzə gələcək.

Yana Alekseyeva (60 kq) dünya çempionatında ikinci görüşünü də qələbə ilə başa vurub. Boksçumuz bu dəfə Almaniya nümayəndəsi Taşenaa Buqarı mübarizədən kənarlaşdırıb. Alekseyeva 1/8 finalda Ukrayna idmançısı Yuliya Tsiplakova ilə qarşılaşacaq.

48 kq çəki dərəcəsində çıxış edən Əzizə Abbasova isə ilk görüşdə rusiyalı Zoya İsayevaya uduzaraq dünya çempionatından kənarda qalıb.

Qeyd edək ki, A.Əlimərdanova və Y.Alekseyevadan qabaq Yelena Vıstropova da 1/8 finala vəsiqə əldə etmişdi. Dünya çempionatına noyabrın 24-də yekun vurulacaq.


Müəllif:

Oxşar xəbərlər