“Çelsi” hücumçusu Romelu Lukakunu cəzalandırıb.
Teleqraf.com xəbər verir ki, futbolçunun London klubuna keçməsinə peşman olduğunu açıqlaması onun üçün baha başa gəlib.
Klub belçkialı forvardı 500 min funt sterlinq məbləğində cərimələyib. Qalmaqallı açıqlamasından sonra “Liverpul”la Premyer Liqa matçının iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, Romelu Lukaku açıqlamasında komandanın oyun sistemini tənqid edib, “Çelsi”də xoşbəxt olmadığını və “İnter”dən ötrü darıxdığını bildirib.