"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo sabiq braziliyalı futbolçular Ronaldo və Ronaldinyo haqda danışıb.
Teleqraf.com xəbər verir ki, portuqaliyalı oyunçu onları kumiri hesab etdiyini deyib: “Mən müqayisələri sevmirəm. Deyərdim ki, üçümüz tarix yazmışıq. Onlardan daha çox fərdi mükafat qazandığımı deyə bilərəm, lakin onlar dünya çempionatını qazana bildilər.
Mən onlara böyük məhəbbətlə yanaşıram. Mən böyüyəndə Ronaldo və Ronaldinyonun oyunlarına baxırdım. Kimin ən yaxşı olmasının fərqi yoxdur. Mən onların hər ikisini öz kumirlərim hesab edirəm. Bu oyunçular gözəl futbol irsi qoyublar”.