23 Yanvar 2022 22:43
499
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Niderlandın Veyk-an-Zeye şəhərində keçirilən "Tata Steel Chess" turnirində VIII turun görüşünü keçirib.

Teleqraf.com-un məlumatına görə, rəqib hindistanlı Rameşbabu Praqnanandha olub. Ağ fiqurlarla oynayan Məmmədyarov 46-cı gedişdə Praqnanandhanı təslim olmağa məcbur edib.

Bununla da azərbaycanlı qrossmeyster 8 oyundan sonra xalını 5,5-ə çatdırıb və eyni xala malik norveçli dünya çempionu Maqnus Karlsenlə birgə ilk 2 pilləni bölüşür.

Qeyd edək ki, Şəhriyar Məmmədyarov "Tata Steel Chess"də 8 görüşünün 3-dən qələbə, 5-dən heç-heçə ilə ayrılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər