31 Yanvar 2022 22:12
464
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Teleqraf.com FIDE-nin rəsmi saytına istinadən xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Şəhriyar Məmmədyarov 2 767 xalla 9-cu pillədəki yerini qoruyub. Siyahıda Teymur Rəcəbovun da mövqeyi dəyişməyib. 2 753 xalı olan 35 yaşlı qrossmeyster 14-cü sırada qərarlaşıb.

Əvəzində 1 pillə irəliləyən Qədir Hüseynov (2 661) 76-cı sıraya yüksəlib. Rauf Məmmədov isə 2 656 xalla 87-ci yerdə qalıb.

Reytinqin ilk "3-lüy"ündə dəyişiklik baş verməyib. Norveçli dünya çempionu Maqnus Karlsen 2 865 xalla əvvəlkitək siyahıya başçılıq edir. 2 804 xalı olan Fransa təmsilçisi Alireza Firuzca 2-ci, 2 799 xala malik çinli Dinq Liren 2-cidir.

Qadın şahmatçılardan Günay Məmmədzadə (2 470) 24-cü, Gülnar Məmmədova (2 387) 66-cı, Xanım Balacayeva isə (2 376) 80-ci pillədə yer alıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər