Bu gün Azərbaycan Premyer Liqasında XII turun oyunlarına start verilib. Teleqraf.com-un məlumatına görə, "Bakı" paytaxtda "Qarabağ"ı qəbul edib. Birinci hissənin tamamında hesab 2:2 olsa da, yekunda Reynaldo və Leroy Corcun qolları ilə Ağdam təmsilçisi qələbə qazanıb - 2:4.
AZAL - “Qəbələ” matçı da bol qollu olub. Əvvəlcə Laşa Kasradze avtoqola imza atıb. Lakin 50-ci dəqiqəyədək "təyyarəçi"lər önə keçməyi bacarıblar - 2:1. 70-ci dəqiqədə Markinyos hesabı bərabərləşdirsə də, 10 dəqiqə sonra AZAL yenidən önə keçib.
Matçın sonuna 3 dəqiqə qalmış Cavid Hüseynov penalti zərbəsini dəqiq yetirməklə "Qəbələ"ni məğlubiyyətdən xilas edib - 3:3.
Zaqatalada keçirilən "Simurq" - "Neftçi" oyununda meydan sahibləri üstün olublar - Draqan Çeran, 18-pen (1:0) "İnter" isə Bakıda "Xəzər Lənkəran"la qarşılaşır. "Bankirlər" fasiləyə üstün (2:0) yollanıblar.
Beləliklə, "Qarabağ" yenidən liderliyə yüksəlib, ondan cəmi 1 xal geri qalan "Neftçi" isə 2-ci sıradadır. Qeyd edək ki, "Araz Naxçıvan" klubu fəaliyyətini dayandırdığı üçün "Sumqayıt" bu tur istirahət edir.