14 Fevral 2022 00:14
491
12 Punto 14 Punto 16 Punto 18 Punto

Taekvondo üzrə Azərbaycan milli komandası Türkiyənin Antalya şəhərində keçirilmiş "Turkish Open" turnirində 1 qızıl, 4 bürünc medal qazanıb.

Teleqraf.com-un məlumatına görə, olimpiya, dünya və ikiqat Avropa çempionu Radik İsayev fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 87 kq çəki dərəcəsində yer alan 33 yaşlı idmançı türkiyəli Ekrem Əli Yılmazı, cənubi koreyalı Ho Yeon Kangı, özbəkistanlı Şokruk Rəcəbovu və rusiyalı Mixail Poduzovu yenərək, qızıl medala sahib olub.

Bürünc medalları isə kişilərdən Səyyad Dadaşov (54 kq) və Məhəmməd Məmmədov (80 kq), qadınlardan Patimat Abakarova (53 kq) və Fəridə Əzizova (67 kq) əldə edib.

Qeyd edək ki, "Turkish Open"də 49 ölkədən 1250 taekvondoçu mübarizə aparıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər