14 Fevral 2022 14:32
1 101
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Xəzər Lənkəran" klubu bütün borclarını bağlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Xan Lənkəran"ın Mətbuat katibi Famil Məmmədov məlumat verib.

Klub rəsmisi "Xəzər Lənkaran"ın bütün borcları bağlandığı üçün ehtiyac olacağı təqdirdə, "Xan Lənkəran"ın bu adla çıxış edə biləcəyini söyləyib. "Xəzər Lənkəran" klubunun rəhbərliyi ilə görüşümüzdə də bildirilib ki, bu adla mübarizə apara bilərik. Mətbuatda bəzi məlumatlar yayılırdı ki, borclara görə adı dəyişə bilmərik. Amma artıq borcların hamısı bağlanıb".

Lakin F.Məmmədov borcların "Xan Lənkəran", yoxsa "Xəzər Lənkəran" tərəfindən bağlanıldığını açıqlamayıb: "Bizə sadəcə, deyilib ki, "Xəzər Lənkəran"ın borcları bağlanılıb".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər