Cüdoçularımız Təl-Əvivdə keçiriləcək “Böyük dəbilqə” turnirində iştirak etmək üçün İsrailə yola düşüblər.
Azərbaycan Cüdo Federasiyasından Teleqraf.com-a bildiriblər ki, fevralın 17-19-da keçiriləcək yarışda 11 cüdoçumuz iştirak edəcək. Belə ki, Kəramət Hüseynov, Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev, Rüfət İsmayılov (90 kq), Zelim Kotsoyev, Elmar Qasımov (100 kq), Uşangi Kokauri (+100 kq) “Böyük dəbilqə”nin medalları uğrunda mübarizə aparacaqlar.
Dünyanın 34 ölkəsindən 309 idmançının qatılacağı turnirdə Azərbaycan komandasına baş məşqçi Mövlud Mirəliyev və böyük məşqçi Elçin İsmayılov rəhbərlik edəcəklər.