17 Fevral 2022 21:39
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gecə Fransada "Marsel" və "Qarabağ" komandaları arasında keçiriləcək UEFA Konfrans Liqasının ilk oyununda azarkeş sayının az olmasının əsl səbəbi açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Marseldə ermənilərin sıx məskunlaşdığını nəzərə alan şəhər rəhbərliyi "Velodrom" stadionunda oynanılacaq matç zamanı tərəfdarlar arasında mümkün qarşıdurma riskini azaltmaq məqsədilə arenaya cəmi 20 000 tamaşaçının buraxılmasına icazə verib.

Bu addım həmçinin ölkədə koronavirusla bağlı sanitar-epidemioloji vəziyyətə görə atılıb.

Qeyd edək ki, "Marsel" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər