7 May 2014 10:54
914
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı Hafiz Məmmədovun biznesinin iflasa uğradığı barədə məlumat vermişdik.

Teleqraf.com-da dərc olunan “Azərbaycanlı oliqarx niyə müflisləşdi?” başlıqlı yazıda onu da yeyd etmişdik ki, Hafiz Məmmədovun sahibi olduğu “Bakı” futbol klubunda 4 aydır məvacib ala bilməyən futbolçular qiyama hazırlaşırlar. Teleqraf.com xəbər verir ki, artıq qiyam başlayıb.

Bu gün Qəbələdə “Qəbələ” ilə qarşılaşacaq “Bakı”nın futbolçuları dünən keçirilən məşqə çıxmaqdan imtina ediblər. Bu barədə məlumatı futbol11.az saytı yayıb. Futbolçular “Qəbələ” ilə oyuna çıxmayacaqlarını bildiriblər.

Qiyamçıları yola gətirə bilməyən klub rəhbərliyinin Qəbələyə gənc oyunçularla yollandığı bildirilir.


Müəllif: