22 Noyabr 2014 08:04
769
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kiprin Limassol şəhərində 23 yaşadək idmançılar arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.

Teleqraf.com xəbər verir ki, çempionatında Azərbaycanı 12 atlet təmsil edəcək.

Millimizin heyətində Səbinə Əzimova (48 kq), Gülçin Əlizadə, Boyanka Kostova (hər ikisi 53 kq), Elnurə Abbasova (63 kq), Anastasiya İbrahimli (69 kq), Rüstəm İmanzadə, Məhəmməd Məmmədli (hər ikisi 62 kq), Kənan Əliquliyev, Elşad Şərifov (hər ikisi 69 kq), Orxan Əliquluzadə (94 kq), Dadaş Dadaşbəyli (105 kq) və Azər Məmmədli (105 kq-dan yuxarı) yer alacaqlar.


Müəllif: