23 Noyabr 2014 10:08
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Roma”nın mənimlə maraqlanması barədə xəbəri sizin saytda oxumuşam. Sonradan İtaliya və Türkiyə mətbuatında da oxşar informasiyalar yayıldı. Hər halda, yazılanlar yalan olmaz”.

Bunu apasport.az-a açıqlamasında “Neftçi”nin qapıçısı Emil Balayev deyib.

Gənc qolkiper İtaliyanın “Roma” klubunun onunla maraqlanması haqqında yazılan xəbərlərə aydınlıq gətirib.

“Bildiyim odu ki, bu məsələ ilə bağlı Roma təmsilçisindən “Neftçi”yə rəsmi məktub daxil olmayıb. Əgər olubsa, mənim bundan xəbərim yoxdu” – deyə, Balayev bildirib.

20 yaşlı qapıçı “Roma”dan təklif almadığını vurğulamaqla yanaşı, yaxın günlərdə “Böyük beşlik” ölkələrindən birinə baxışa yollanacağını iddia edib.

Həmin klub isə azərbaycanlı futbolsevərlərə yaxşı tanışdı; ötən il Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ı Bakıda 2:0, Almaniyada 2:1 hesabı ilə məğlub edən Bundesliqa təmsilçisi “Ayntraxt”: “Roma”dan fərqli, bu, dəqiq məlumatdı. Böyük ehtimalla XIII turun “Xəzər Lənkəran”la oyunundan sonra Frankfurt təmsilçisinin düşərgəsinə yollanacam”.

Təklifin təfərrüatları haqda danışan Balayev bildirib ki, Bundesliqa klubu “Neftçi”yə rəsmi məktub göndərib: “Mənə bu haqda klub rəsmiləri məlumat verdilər. Hazırda “Neftçi”yə məxsusam və hansısa bir komandaya keçidim müzakirə mövzusu olarsa, o zaman söz sahibi “Neftçi” rəhbərliyi olacaq. Düzdü, müqaviləmin müddəti dekabrda başa çatır. Amma klubun üzərimdə haqqı var. Necə məsləhət görsələr, elə də olacaq”.


Müəllif:

Oxşar xəbərlər