"İstədiyimiz 3 xalı qazana bildik. Əsas heyət oyunçularına şans verdik ki, “Sent Etyen"lə oyundan öncə təcrübə çatışmazlığı olmasın”.
Teleqraf.com PFL-ə istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqada bu gün AZAL-a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra deyib.
O deyib ki, komandanın oyununda səhvlər yenə də olub: “Onların üzərində işləməliyik”.
Təcrübəli mütəxəssis bu həftə Avropa Liqası çərçivəsində “Sent Etyen"ə qarşı səfərdə keçirəcəkləri oyunda Reynaldo Silvanın "Qarabağ"a kömək edə bilməyəcəyini bildirib: "Dias da Fransadakı qarşılaşmanı buraxmalı olacaq. Təəssüf ki, onlar Fransada bizə kömək edə bilməyəcəklər. Reynaldo ancaq 10 gündən sonra oynaya biləcək”.