14 Mart 2022 19:38
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan triatlonçusu Rostislav Pevtsov mövsümə uğurlu start verib.

Teleqraf.com-un məlumatına görə, 35 yaşlı idmançı İspaniyanın "Bicis Pina" komandasının heyətində duatlon üzrə ölkə çempionatının qalibi olub. La Nusiya şəhərində keçirilən yarış superspint formatında təşkil olunub.

La Nusiyada Avropa ölkələrinin Triatlon federasiyaları prezidentlərinin konfransında iştirak edən Azərbaycan Triatlon Federasiyasının başçısı Elçin Əliyev Pevtsov və millinin baş məşqçisi Sergey Yatsenko ilə görüşüb. Triatlonçunu uğurlu çıxışı münasibətilə təbrik edən federasiya prezidenti sentyabrın sonunda keçirilməsi planlaşdırılan Azərbaycan çempionatında onun iştirakının mümkünlüyünü müzakirə edib.

Pevtsov hazırda İspaniyada təlim-məşq toplanışındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər