Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirakdan imtina edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Finlandiya Voleybol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Lakin yığmanın hansı səbəbdən yarışa qatılmayacağı açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan millisi Finlandiya və Macarıstanla birlikdə A qrupunda mübarizə aparmalı idi.yarışa 2022-ci il mayın 25-də start veriləcək. Qruplarında ilk pilləni tutan komandalar "Dördlər finalı"na vəsiqə qazanacaq.