21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Milan Obradoviçin yetirmələri Estoniya ilə üz-üzə gəlib.
AVRO-2023-ün seçmə mərhələsinin A qrupunun görüşü Sumqayıtdakı “Kapital Bank Arena”da təşkil olunub. Final mərhələsinə çıxmaq şansını itirən autsayderlərin dueli sonuncu olmamaq uğrunda mübarizə baxımından önəm daşıyıb.
Qələbə həsrətində olan rəqiblərin duelində millimiz sevinən tərəf olub. Hər hissədə bir qol vuran Musa Qurbanlı komandamıza böyük üstünlük qazandırıb – 2:0. Son dəqiqələrdə isə Abdullah Xaybulayev üçüncü qolu vurub. Bununla da millimiz böyükhesablı qələbə qazanıb – 3:0.
Qeyd edək ki, bu gün qrupumuzda Xorvatiya – Avstriya oyunu da keçiriləcək.