Almaniyanın paytaxtı Berlində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin yarışları davam edir.
Teleqraf.com xəbər verir ki, Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov 5-ci turda Leyner Dominqeslə (ABŞ) mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Şahmatçımız ötən 5 turda 3 xal toplayıb. O, bu nəticəyə görə öz qrupunda Leyner Dominqeslə 1-2-ci pillələri bölüşür.
Xatırladaq ki, Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.