24 Noyabr 2014 20:34
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Premyer Liqasında XIII tura yekun vurulub.

Teleqraf.com-un məlumatına görə, “Xəzər Lənkəran” Bakıda “Neftçi”ni qəbul edib. 8-ci dəqiqədə Qalin İvanov cənubluları önə keçirib. İki dəqiqə sonra Ruslan Qurbanov hesabı bərabərləşdirib.

15-ci dəqiqədə "Neftçi"nin oyunçusu Emil Balayev qırmızı vərəqə alıb. Bundan 20 dəqiqə sonra Əfran İsmayılov "Xəzər Lənkəran"ı yenidən önə keçirib - 2:1.

Birinci hissənin son dəqiqəsində "Xəzər Lənkəran" da azlıqda qalıb - Sadio Tounkara qırımız vərəqə alıb.

İkinci hissənin əvvəlində "Neftçi"nin daha bir oyunçusu - Elnur Allahverdiyev qırmızı vərəqə (ikinci sarı) görüb. 74-cü dəqiqədə meydanda 18 futbolçu qalıb - bu dəfə hakim Ə.İsmayılova qırmızı vərəqə göstərib.

Oyuna əlavə olunmuş dəqiqələrdə Mirhüseyn Seyidov "Neftçi"ni məğlubiyyətdən xilas edib - 2:2

Digər oyun isə Sumqayıt şəhər stadionunda keçirilib. “Sumqayıt” “Bakı” ilə qarşılaşıb.

Hesabı 1-ci dəqiqədə bakılılar açıb - Nurlan Novruzov fərqlənib (0:1). Əsas vaxta altı dəqiqə qalmış Kiyan Sultanpur oyunda son nöqtəni qoyub - 1:1.

Turun ötən gün keçirilən oyunlarının nəticələri aşağıdakı kimidir:

“Qəbələ” – “Simurq” - 2:3
“Qarabağ” – AZAL - 2:1


Müəllif:

Oxşar xəbərlər