UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində noyabrın 27-də keçiriləcək "Sent-Etyen" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.
Teleqraf.com-un "Qarabağ" klubunun saytına istinadən verdiyi məlumata görə, bu qarşılaşma islandiyalı hakimlər briqadasına tapşırılıb.
Görüşün baş hakimi Kristin Yakobsson olacaq. Ona Siqurdur Oli Torleifsson və Qunnar Sverrir Qunnarsson kömək edəcək. Qilfi Mar Siqurdsson isə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qeyd edək ki, "Sent-Etyen" - "Qarabağ" matçı noyabrın 27-də, saat 00:05-də başlayacaq.